MƏQSƏDİMİZ

AZƏRBAYCANDA LOKAL XARAKTERLİ BİR SIRA EKOLOJİ VƏ SOSİAL-İQTİSADİ PROBLEMLƏRİN AĞAC ƏKMƏK VASİTƏSİ İLƏ HƏLL EDİLMƏSİ


EcoPrint layihəsi Hult Prize 2020 - də Azərbaycanda 1-ci yerə layiq görülərək Azərbaycanı dünyada Regional finalda təmsil etmək hüququ qazandı

Komandamız EuroAsia StartUp Awards-da `The Best Social İmpact` kategoriası üzrə finala yüksəlmişdir.

PAKETLƏR

Sosial yönümlü

30 ₼

Torpaq qoruyucu

35 ₼

Su tənzimləyici

23 ₼

Rekultivasiya

25 ₼

Gördüyümüz işlər

EcoPrint layihəsinin həyata keçirdiyi tədbirlər çəçivəsində hələlik ki, cəmi 133 ağac əkilmişdir. Bakı Dövlət Universitetinin ərazisində xarici ölkə vətəndaşlarının sifarışı ilə 10 ədəd müxtəlif dekorativ agaclar əkilmişdir ki, bunlardan 3 ədəd Lagerstromia İndica Türkiyə, 1 ədəd Weigela və 1 ədəd Magnolia Avstraliya, 1 ədəd Searlet Bottlebrush və 1 ədəd Chinese Wisteria Əfqanıstan, 1 ədəd Mimoza Misir, 2 ədəd Japanise seperre ve Japanise barberry Kanada vətəndaşlarının sifarişi ilə 10 may 2019–cu il tarixində əkilmişdir. Bundan başqa İsmayıllı rayon Əhən kəndi ərazisində 100 ədəd badam ağacı Bakı Dövlət Universitetinin 100 illik yubileyi şərəfinə Coğrafiya, Biologiya, Ekologiya və Torpaqşünaslıq, Fizika, Kimya, Beynəlxalq Münasibətlər və İqtisadiyyat, Sosial elmlər və Psixologiya, Geologiya, Jurnalistika və Şərqşünaslıq fakültələrinin sifarişi ilə 12 may 2019-cu il tarixində əkilmişdir. Eyni zamanda BDU Enactus komandasının öz sifarişi ilə 291 saylı Ekologiya liseyinin ərazisində 14 may 2019-cu il tarixində 23 ədəd müxtəlif meyvə ağacları əkilmiş və məktəblilərə hədiyyə edilmişdir. Məktəblilərlə keçirilən infosessiyada bu ağacların barının gələcəkdə usaq evlərinə hədiyyə etmələri tövsiyyə olunmuşdur.

ƏKİLƏN AĞACLARIMIZ

VIDEO

QEYDIYYAT

Sizdə qeydiyyatdan keçərək bizə qoşulun!


PROSESLƏ TANIŞLIQ

Dünyanın istənilən bir yerindən hər hansı fiziki və ya hüquqi şəxs Azərbaycan ərazisində lokal ekoloji və ya sosial-iqtisadi problemi və onunla bağlı ərazini, həmin əraziyə uyğun ağac növlərini seçir, həmin ağacların əkilməsi üçün ödəniş edir. Sonra həmin şəxsə ağacın əkilməsi barədə sertifikat (orada ağacın GPS koordinatları göstərilir) və yadigar olaraq hədiyyə göndərilir.

Cins:

Kişi
Qadın
Digər
Bütün ŞƏRTLƏRİ oxudum və qəbul edirəm.