Ağaclar

Eldar şamı

Botaniki təsviri: geniş çətirli, düz və ya əyri gövdəli hündürlüyü 20 m. –dək olan həmişəyaşıl ağac bitkisidir. Yarpaqları: cüt-cüt yerləşən iynəyarpaqların rəngləri tünd yaşıl, kənarları zəif dişcikli, uc hissələri isə azacıq sivridir. Qozaları: 2-4 olmaqla, bəzən də tək-tək düzülür. Cavan qozalar geniş yumurtavari və ya sferik olub, düz və ya az meyilli saplağı vardır. Yetkin qozalar budaq üzərində yarı-dik vəziyyətdə düzülür. forması yumurtavari, uzunsov- yumurtavari və ya konusşəkilli, rəngi açıq qırmızımtıl qonur, uzunluğu 6-8,5 sm-dir. Toxumları: qanadlı toxumların rəngi qaramtıl olub, eni 6-7 mm-dir. Toxumun qanadlarının uzunluğu 18-28 mm. təşkil edir. [Flora of Azerbaijan,1952, v.-1, 369 p., pp.-60. in Russian]. Eldar şamı Azərbaycan Respublikasının Qırmızı Kİtabının II nəşrinə (2013) daxil edilmişdir. Regional ICUN Status: NT. (Təhlükəli vəziyyətə yaxın olanlar).

Italian cypress

Botaniki təsviri: hündürlüyü 25 metrədək olan konusşəkilli çətirli, düz və ya sallaq budaqlı həmişəyaşıl iynəyarpaqlı ağacdır. Yarpaqları: uzunluğu 2-5 mm olan pulcuqşəkilli tünd yaşıl yarpaqlar dairəvi (hamar olmayan!) budaqlar üzərində formalaşır. Qozaları: toxum daşıyan qozalar yumurtavari və ya uzunsov formada olub, uzunluğu 25-40 mm., pulcuqlarının sayı 10-14 təşkil edir. Əvvəlcə yaşıl rəngdə olan qozalar tozlanmadan 20-24 ay sonar yetişir. Erkək qozalar 3-5 mm uzunluğundadır, tozcuqları Fevral ayında yetişir. [Flora of Azerbaijan ,1951, v.-1, 369 p., pp.-74. in Russian]

Qərb tuyası

Botaniki təsviri: kiçik və ya orta ölçülü (hündürlüyü 15 m., diametri 0,9 m.) həmişəyaşıl iynəyarpaqlı ağac bitkisidir. Bəzən hündürlüyü 38 m., gövdəsinin diametric 1,8 m.-ə çatan nümunələrinə də rast gəlinir. Chambers, Kenton L. (1993). Thuja occidentalis. In Flora of North America Editorial Committee (ed.). Flora of North America North of Mexico (FNA). 2. New York and Oxford. Retrieved 24 September 2016 – via eFloras.org, Missouri Botanical Garden, St. Louis, MO & Harvard University Herbaria, Cambridge, MA.] Yarpaqları: uzunluğu 3-5 mm. olan pulcuqşəkilli yarpaqları yelpikvari formalı hamar budaqlar üzərində əmələ gəlir. Qozaları: nazik pulcuqlu və yumurtaşəkilli olub, uzunluğu 7–12 mm-dir. Toxumları iki ədəd nazik açıq sarı rəngli qanadla malikdir.

Gürcü palıdı

Botaniki təsviri: Hündürlüyü 40 metrədək olan ağac bitkisidir. Yarpaqları: oval və ya yumurtavarı formalı dərili yarpaqların uzunluğu 8-12 sm, eni 5-12 –dir. Lələkvari dilimli yarpağın hər iki tərəfində 5-8 ədəd küt hissələr vardır. Yarpağın üst hissəsi parlaq yaşıl, alt hissəsi isə solğun yaşıldır. ÇiçəkləməsiI: Aprel –May aylarında baş verir. Meyvəsi: qısa saplaqlı və ya oturaq qozasının diametri 17 mm-dir.

Uzunsaplaq palıd

Botaniki təsviri: Hündürlüyü 40 metrədək olan ağac bitkisidir. Yarpaqları: uzunluğu 8-17 sm, eni 6-9 sm-dir. Ust hissəsi tünd yaşıl, tüksüz, alt hissəsi sarımtıl tüklüdür. Lələkvari bülünmüş yarpağın hər iki tərəfində 4-5 hissə vardır. Ana damardan 60-80 ədəd ikincili damar çıxır. Saplağın uzunluğu 2 sm. qədərdir. Çiçəkləməsi: Aprel –May aylarında baş verir. Meyvəsi: qozanın uzunluğu 2-3 sm., diametri 1,5-2 sm., saplağın uzunluğu 3-8cm. təşkil edir. [Flora of Azerbaijan ,1952, v.-3, 406 p., pp.-109. in Russian] Ekologiyası: bütün tip torpaqlarda bitməyə uyğunlaşır, quraqlığa qarşı çox dözümlüdür. Quralığa qarşı dözümlü olmasına baxmayaraq uzunsaplaq palıd Tuqay meşələrində də geniş yayılmışdır.

Şabalıdyarpaq palıd

Botaniki təsviri: yarpağını tökən və hündürlüyü 35 metrə çatan ağac bitkisidir. Yarpaqları: uzunluğu 10–20 sm., eni 3–5 sm.-dir. Hər tərəfində 10–15 ədəd nizamlı düzülmüş kiçik üçbucaq formal hissələr vardır. Meyvəsi: qoza iki rənglidir- bazal hissə narıncı, yuxarı hissə isə yaşıl-qəhvəyi rəngdədir. Uzunluğu 2–3 sm, eni isə 1,5-2 sm-dir. Şabalıdyarpaq palıd Azərbaycan Respublikasının Qırmızı Kİtabının II nəşrinə (2013) daxil edilmişdir. Regional ICUN Status: NT. (Təhlükəli vəziyyətə yaxın olanlar)

Avropa zeytunu

Botaniki təsviri: həmişəyaşıl ağac və ya kol bitkisidir. Qısa və enli olurlar, nadir hallarda 8-15 m. hündürlüyə çatırlar. Gümüşü yaşıl yarpaqları uzunsovdur, uzunluğu 4-10 sm, eni 1-3 sm təşkil edir. Gövdəsi adətən bükülmüş və əyri olur. Meyvə: çəyirdək meyvəsinin uzunluğu 1-2,5 sm. çatır. Yabanı növlərin meyvələri bağ meyvələrindən daha az lətli və ölçüsü kiçik olur.

Feyxoa

Botaniki təsviri: hündürlüyü 4 metrə qədər olan həmişəyaşıl geniş ağac və ya kol bitkisidir. Yarpaqları: qarşı-qarşıya düzülüşlü, bütöv kənarlı, oval formalı, sərt və dərivaridir, saplağı qısa adətən əyilmiş olur. Damarlanması torvaridir. Yarpağın alt hissəsi açıq yaşıl-boz, güyümtül, tüklüdür, üst hissəsi hamar və tünd yaşıl rəngdədir.Çiçəkləri: dörd üzvlü, aksiller, tək, cüt və ya bir neçə olmaqla qalxan çiçək qrupuna toplanmışdır, iki cinslidirlər. ÇiçəkləməsiI: May- İyun aylarında baş verir. Meyvəsi: iri, lətli və şirəli giləmeyvədir, kasa yarpaqları meyvənin yuxarı hissəsində qalır, tökülmür. Rəngi yaşıl, forması uzunsov-oval, yumru və bəzən də kub şəklində olur, uzunluğu 2-5 sm, bəzən də 7 sm-ə çatır, diametri 1,5 - 3-4 sm, bəzən 5 sm olur. Ekologiyası: Feyxoa quraqlıq və duzlu torpağa bir qədər dözümlüdür, lakin meyvələrin əmələ gəlməsi nisbətən azala bilər. Yarım kölgəli şəraitə tolerantdır, meyvələri yetişərkən daimi sulama vacibdir.

Adi badam

Botaniki təsviri: hündürlüyü 4-6 metrə çatan budaqlanmış həmişəyaşıl kol və ya kiçik ağacdır. 130 ilə qədər yaşayır. 2 növ zoğu olur: uzunsov vegetativ və qısa generativ. Ağacın gövdəsinin diametri 30 m. çata bilər. Yarpaqları: sadə, saplaqlı və növbəli düzülüşlüdür. Ayanın forması lentşəkilli, kənarları dişcikli, uc hissəsi uzun və sivri, qədər uzunluğu 7.5-20 sm. olur. Saplağı 2.5 sm uzunluqda olur. Çiçəkləməsi: Mart - Aprel aylarında (bəzi yerlərdə Fevralda) baş verir. Meyvəsi: qurudur, İyun -İyul ayında yetişir.

Şərq çinarı

Botaniki təsviri: Dekorativ əhəmiyyətli yarpağını tökən ağacdır. Hündürlüyü 50 m. Künbəzvari, və ya silindrik çətirinin diametri 30 m. çatır. Yarpaqları: parlaq yaşıl rənglidir, barmaqvari yarılmış formadadır, yarpaq ayası hamardır.  Meyvəsi: uzun saplaqlı sferik şəkilli toplu meyvədir, diametri 2 sm.-dir. Çiçəkləməsi: Mart –Aprel aylarında baş verir.. Ekologiyası və əhəmiyyəti: Açıq ərazilərdə bitir, kölgəli şərait şərq çinarı üçün əlverişli deyil. Nəmli torpaqda yaxşı bitir, eyni zamanda quraqlığa da davamlıdır. Yüksək sürətli küləklərə və atmosfer çirklənməsinə qarşı dözümlü bitkidir. Azərbaycan Respublikasının Qırmızı Kitabının II nəşrinə (2013) daxil edilmişdir. Milli IUCN Statusu: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c+ 3c. Azərbaycanın nadir növüdür. Qlobal IUCN Statusu: LC 

Çubuqlu viteks

Botaniki təsviri: hündürlüyü 5 metrə qədər yarpağını tökən koldur. Üzərində olan sıx tükcüklərə görə bitki bozumtul rəngdə olur. Budaqları qəhvəyi, dörd tilli və kəskin ətirlidir. Yarpaqları: iri, yaşıl, qarşı-qarşıya düzülüşlü, barmaqvari yarılmış, uzun saplaqlı (4 sm qədər ola bilər) və 5 - 7 yarpaqdan ibarətdir, yarpaq altlığı yoxdur. Yarpaq ayaları ensiz-lentşəkilli, sivri, bütöv nadirən diliklidir. Ust hissəsi qeyri-şəffaf, yaşıl, alt hissəsi – bozumtul, üzəri sıx qısa tükcüklüdür, uzunluğu 5 – 10 sm. təşkil edir. Çiçəkləri: çoxsaylı, solğun bənovşəyi, iki dodaqlıdır, budaqların uc hissəsində yerləşən sıx, fasiləli süpürgə-sünbül çiçək qrupuna toplanmışdır. Meyvəsi: qara rəngdədir, diametri 3-4 mm-dir. ÇiçəkləməsiI: İyundan-Oktyabrın sonuna qədər baş verir, meyvələri Oktyabr – Noyabr aylarında yetişir. Ecologiyası: Bitki torpaqdan çox aslı deyil, daşlı, qumlu, çınqıllı və duzlu torpaqlardada bitir.

İnnab

Botaniki təsviri: 5-12 m. hündürlüyü olan kiçik yarpağını tökən ağac və ya koldur. Budaqları adətən tikanlı olur. Yarpaqları: parlaq yaşıl rəngli, oval-şiş formalıdır, uzunluğu 2–7 sm eni 1–3 sm olur. üç tərs çevrilmiş kənar ilə. Çiçəkləri: kiçikdir, eni 5 mm. təşkil edir. Beş ədəd parlaq sarımtıl-yaşıl ləçəklərləri vardır. Meyvələri: yeyilir, oval formal olub uzunluğu 1,5–3 sm. təşkil edir.

İran meliyası

13.Botaniki təsviri: 7 – 12 m hündürlüyündə olan yarpağını tökən ağacdır. Yarpaqları: uzunluğu 50 sm. çatır, uzun və saplaqlıdır, növbəli düzülüşlü və tək lələkvaridir, yarpaqların üst tərəfi tünd yaşıl alt tərəfi isə açıq yaşıldır, kənarları dişlidir. Çiçəkləri: kiçik və ətirlidir, beş ədəd solğun bənövşəyi ləçəklərli var, çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi: May-İyun aylarında baş verir. Meyvəsi: kiçik ölçülü çəyirdək meyvədir, yetişmiş halda açıq sarı rəngdə olur, bütün qışı ağacda asılı qalır və üzərində tədricən qırışlalar əmələ gəlir, ağ rəngə çevrilir.

Styphnolobium japonicum

Botaniki təsviri: 25 m uzunluğunda yarpağını tökən, geniş və dairəvi tacı olan ağac bitkisidir. Yaşlı gövdələrdəki qabıqlar tünd boz və üzəri çatlı olur. Cavan budaqları yaşıl və tikansızdır. Yarpaqları: uzunluğu 11–25 sm.-dir, tək lələkvaridir, uzunsov oval formalı, 2-5 sm.-lik 9-17 yarpaqdan təşkil olurnmuşdur. Çiçəkləri: sarımtıl-ağ rənglidir, ətirlidir və iri salxımlarda toplanmışdır, uzunluğu 35 sm. qədər olur. Çiçəkləməsi: İyul – Avqust aylarında baş verir. Meyvəsi: hamar, açılmayan ve getdikcə qalınlaşan paxladır, əvvəlcə yaşımtıl qəhvəyi, yetişdikdə isə qırmızı rəngdə olur, uzunluğu 3-8 sm. təşkil edir. Meyvələr sentyabrda yetişir. Ekologiyası: Styphnolobium japonicum (L.) Schott.  qumlu torpaqlarda daha yaxşı inkişaf edir, şoran torpaqda da böyüyə bilər. Quraqlığa və kölgəyə qarşı davamlı, külək və soyuğa dözümsüzdür.

Ərgəvan

Botaniki təsviri: Dekorativ əhəmiyyətli yarpağını tökən ağac və ya hündür kol bitkisidir. Çiçəkləri: tünd çəhrayı rəngdə olub yazda gövdə və budaqların üzərində əmələ gəlir. Həyatının birinci ilində çiçəkləyir. Çiçəkləməsi: May ayında baş verir. Toxumları: Sentyabr ayında yetişir. Ekologiyası: Qumlu, gillicəli və gilli torpaqlar üçün uyğun bitkidir. Drenajlı torpaqlarda yaxşı bitir. Aşağı münbitliyə malik olan torpaqlarda da yaşaya bilir. Turş, neytral, qələvi və yüksək qələvi mühitə malik torpaqlarda yaşaya bilir. Yarım kölgəli şəraitdə və ya açıq sahələrdə yaşaya bilir, quraqlığa davamlı bitkidir.

Dəfnə

Botaniki təsviri: həmişəyaşıl kol və ya kiçik ağacdır, ölçüsü dəyişkəndir. Bəzən 7–18 m. hündürlüyə çatır. Laurus nobilis L. iki evli (təkcinsli) bitkidir, dişi və erkək çiçəkləri ayrı-ayrı ağaclarda olur. Çiçəkləməsi: Aprel-May aylarında baş verir; [Flora of Azerbaijan ,1952, v.-4, 401p., pp.-116. in Russian] Çiçəkləri: solğun sarımtıl-yaşıl, təqribən 1 sm diametrdə olur və cüt şəkildə yarpağın yanında əmələ gəlirlər. Yarpaqları: hamar və tam kənarlıdır, uzunluğu 6–12, eni 2–4 sm. təşkil edir. Bəzi yarpaqların kənarları dalğavaridir. Meyvələri: kiçik və parlaqdır, böyürtkana bənzər çəyirdəkli meyvədr, daxilində 1 çəyirdəyi var, uzunluğu 1 sm.-dir. [Vaughan, John Griffith; Geissler, Catherine (2009). The New Oxford Book of Food Plants. Oxford: Oxford University Press. p. 150. ISBN 978-0-19-954946-7. Retrieved 2010-12-31.]

Ensizyarpaq iydə

Botaniki təsviri: 10 m qədər hündürlüyü olan kol və yakiçik ağacdır. Cavan budaqları gümüşü, yaşlı budaqları isə qəhvəyi olur. Çox nadir hallarda tikanlı və pulcuqlu olular. Yarpaqları: sadə, növbəli düzülüşlü, uzunsov lentşəkilli, 3-10 sm uzunluqda olur, hər iki tərəfdən gümüşü pulcuqları var. Çiçəkləri: ətirlidir, eni 1.2-1.5 sm. təşkl edir, xarici hissəsi gümüşü, daxili hissəsi isə sarıdır. Çiçəkləməsi: May-İyun aylarında baş verir. Meyvəsi: 1 sm uzunluqda , sarı rəngdə və tamamilə sıx pulcuqlarla örtülü olur. Meyvənin içərisində bir ədəd böyük çəyirdək olur, ölçüsü 1 sm. qədər ola bilər.

At şabalıdı

Botaniki təsviri: hündür, geniş çətirli yarpağını tökən ağac bitkisidir. Yarpaqları: geniş, barmaqvari yarılmış, 5-7 yarpaq ayasından ibarətdir. Payızın əvvəlində sarı-qonur rəngə boyanır. Çiçəkləməsi: May ayında baş verir. Çiçəkləri: ağ rəndlidir, üzərində sarı ləkələr vardır ki, bunlar da getdikcə qırmızıya çevrilir. Meyvəsi: iri və tikanllıdır. Ekologiyası və əhəmiyyəti: Dekorativ əhəmiyyətli yarpağını tökən ağac bitkisidir. Atmosferin toz, qaz və tüstü ilə çirklənməsinə çox davamlı bitki olduğundan şəhər yaşıllaşdırılmasında istifadə oluna bilər. Bir yetkin at şabalıdı ağacı bir il ərzində təqribən 20 m3 havanı tozdan və işlənmiş qazlardan təmizləyir.

Qara qovaq

Botaniki təsviri: hündürlüyü 20–30 m, bəzən də 40 metrə çatan yarpağını tökən ağac bitkisidir. Yarpaqları: uzunsov üçbucaq şəkillidir, hər iki tərəfi yaşıl rəngdədir, uzunluğu 5-8 sm., eni 6-8 sm.-dir.  [Rushforth, K. (1999). Trees of Britain and Europe. Collins. ISBN 0-00-220013-9.] İkievli bitkidir, erkək və dişi çiçəklər müxtəlif bitkilər üzərində əmələ gəlir. Çiçəkləri: sırğalara toplanmışdır, küləklə tozlanır. Qara qovaq düzən ərazilərdə və nəmli torpaqlarda bitir. [Black Poplar. The Woodland Trust. Retrieved July 12, 2014] Ekologiyası və əhəmiyyəti: Ekoloji əhəmiyyətinə görə bitkilər arasında qovaq birinci yeri tutur. Qovağın enli vəyapışqanlı yarpaqları tozu tutur, havanı filtirasiya edir. Həmçinin qovaq tez boy atır, intensiv olaraq yaşıl kütləsini artır və havanı rütubətləndirir. Qovağın yaşıllaşdırmada istifadəsi üçün xüsusi vacib cəhəti odur ki, ətraf mühitə çox tələbkar deyil, dözümlü ağacdır. Avtomagistralların kənarında və havaya tüstü ifraz edən zavodların yaxınlığında da yaşaya bilir. Bir yetkin qovaq ağacı sutka ərzində 3 nəfər insana lazım olan qədər oksigen ifraz edir.

Hind laqerstremiyası-Lagerstroemia indica

Botaniki təsviri: hündürlüyü 3-9 m. qədər, yarpağını tökən və adətən çoxsaylı gövdələri olan ağac bitkisidir; Yarpaqları: sadə quruluşlu, 2,5-7,5 sm. uzunluğunda, qarşı-qarşıya və topa düzülüşlüdür. Xəzan zamanı sarı, narıncı və qırmızı rəngdə olur. Çiçəkləri: ağ, çəhrayı, parlaq qırmızı rəngdə olub süpürgə çiçək qrupuna toplanmışdır. Çiçəkləməsi: İyul -Sentyabr aylarında baş verir. Ekologiyası: Hind lagerstroemiyası quraqlığa, gilli torpaqlara və havanın çirklənməsinə qarşı davamlı bitkidir.